2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında mundialın son qalibi Argentina turnirin debütantı Kabo-Verde millisi ilə üz-üzə gəlir.
Görüş Bakı vaxtı ilə saat 02:00-da start götürüb.
Matçda hesab 29-cu dəqiqədə açılıb. Argentinanın ulduzu Messi komandasını önə keçirib: 1:0.
Qeyd edək ki, mərhələnin qalibi 1/8 finalda Misir millisi ilə qarşılaşacaq.
DÇ-2026
1/16 final
4 iyul
02:00. Argentina – Kabo-Verde 1:0
Qol: L. Messi, 29
Argentina: Martines, Molina, Romero, Lisandro Martines, Medina, De Paul, Mak Allister, Enzo Fernandes, Almada, Messi, Lautaro Martines
Kabo-Verde: Vozinya, Lopes Kabral, Borjes, Lopes, Moreyra, Lenini, Kabral, Duarte, Duarte, Mendeş, Da Koşta