2026-cı il dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, turun ilk qarşılaşmasında İspaniya və Fransa milliləri üz-üzə gəlirlər.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matçda hesab 22-ci dəqiqədə açılıb. Mikel Oyarzabal penaltidən dəqiq zərbəylə İspaniyanı önə keçirib: 1:0.
İlk hissədə başqa qol vurulmayıb.
Qeyd edək ki, oyunun qalibi finalda İngiltərə - Argentina cütünün güclüsü ilə qarşılaşacaq.
DÇ-2026
Yarımfinal
14 iyul
23:00. İspaniya – Fransa 1:0
Qol: Oyarzabal, 22 (pen)
Fransa: Menyan, Kunde, Upamekano, Saliba, Din, Tçuameni, Rabyo, Dembele, Olize, Barkola, Mbappe
İspaniya: Simon, Porro, Kubarsi, Laport, Kukurelya, Rodri, Fabian Ruis, Baena, Dani Olmo, Lamin Yamal, Oyarzabal