Eddi Hou: “Qarabağ”ın oyunlarına çox baxmışam”
19.02.2026 - 00:03
Eddi Hou: “Qarabağ”ın oyunlarına çox baxmışam”

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Nyukasl” matçının (1:6) ardından qonaqların baş məşqçisi Eddi Hou fikirlərini açıqlayıb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Növbəti oyununuz iki Premyer Liqa matçı aralığındadır. “Qarabağ”la matça əsas komanda ilə çıxacaqsız?
- ⁠
Bir az irəli getdiniz. “Mançester Siti” ilə matçımız var. Fiziki rəqabət var. Dünən “Qarabağ”ı düşünürdük. Maraqlı oyun idi. Daha sonra düşünəcəyik.

- "Qarabağ"ın yeganə qolunu Elvin Cəfərquliyev vurdu. Bunu necə şərh edərdiniz?
- ⁠Qapıçımız kədərləndi. Oyuna fokusu itirdik və qol vuraxdıq. Dominant tərəf biz idik amma boşluq buraxdıq. 

- Penalti məsələsi ilə bağlı nə deyə bilərsiniz?
Penalti məsələsi də əhəmiyyətlidir. Televiziyada daha yaxşı analiz etmək olar. Entoni Qordon yenə qol vurmaq istəyirdi. Amma hər kəs komandaya dəstək göstərirdi.

- Qordon poker müəllifi oldu. Komandanın bombardirlərindən biri oldu…
- ⁠Bu, bizim üçün çox vacibdir. Bu gün pressinqimiz inanılmaz idi. Əks-hücum şanslarımız da çox oldu.

- Növbəti mərhələ üçün şanslarınız çox yüksəkdir. Necə düşünürsünüz?
- ⁠Bu, bizim üçün əla şansdır. Poztivi qiymətləndiririk.

- Meydana start heyətlə çıxdınız, digərlərinə şans verəcəksiniz?
- ⁠”Qarabağ” “Çelsi” ilə əla oynamışdı. İlk oyunda ağdamlılar yaxşı oynadılar. Hazırlığımızı davam etdirəcəyik. Bəzi futbolçularımız meydana çıxmaq üçün həvəslidirlər.

- Növbəti dəfələrdə də bu taktikadan istifadə edəcəksiniz?
- ⁠Bəli, 4-3-3 oynadıq. Yenə bundan yararlanacağıq.

- Əhval-ruhiyyə necədir?
- Bu gün öz inancımızı təsdiq etdik. Biz ən yaxşılardanıq. Komanda olaraq bunu hər kəsə göstərmişik. Əsas olan bunu davam etməkdir. Əhval-ruhiyyəni saxlamaq istəyirik. Stabillik vacibdir.

- Qordon və Voltemadenin mövqelərini dəyişmişdiniz…
- ⁠Bəli, sadəcə bunu yoxlamaq istədik. Rotasiyalara getdik. Bu dəfə fərqli modeldən istifadə etdik. Onlar arasındakı fərqi görürsünüz. Qordon daha çox qaçan futbolçudur.

- İkinci yarıda daha passiv olmağınız nə ilə bağlı idi? “Qarabağ” üstün idi, yoxsa fiziki yorğunluq vardı?
- ⁠Bəli, ola bilsin ki, hər ikisinin təsiri var idi. “Qarabağ” ikinci yarıda topla daha çox oynadı. Bizim qol epizodlarımız az oldu.

- Püşkdə bəxtinizin gətirdiyini düşünürsünüzmü?
- ⁠Yox, qətiyyən elə düşünmədim. Mütəmadi olaraq deyirəm ki, “Qarabağ”ın oyunlarına çox baxmışam. Qalib gəlsək də, rəqib güclüdür.