
17 yaşadək qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, yığmamız bu gün I seçmə mərhələdə ilk oyununu keçirib.
B liqasının 5-ci qrupunda yer alan millimiz Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunub. Nəticə yığmamız üçün acınacaqlı olub. Komandamız 0:10 hesabı ilə uduzub.
AVRO-2025-in I seçmə mərhələsi
B liqası, 5-ci qrup
30 oktyabr
21:00. Serbiya U-17 – Azərbaycan U-17 - 10:0
Qollar: Sara Mitiç, 7. Lorena Petroviç, 18. Maya Çevanoviç, 25. İva Miladinoviç, 38. Hana Sinanoviç, 39. Tamara Lukiç, 45+2. Lana Todoroviç, 57; 61; 90; 90+5
Baş hakim: Şarlotta Karpenter (Uels)
Bettemburq. Munisipial stadionu
- Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinalda - YENİLƏNİB
- ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- Çempionlar Liqası: “Arsenal” və “İnter” yarımfinalda - YENİLƏNİB
- Çempionlar Liqası əvəzinə Avropa Liqasının himni səsləndirildi - VİDEO
- ÇL: Ev sahibləri qalib gəldi, qonaqlar mərhələ adladı - YENİLƏNİB