"Hamımız milli üçün dua edirik. Heç olmasa, bu matçda qələbə qazanıb azarkeşləri sevindirmək lazımdır".
Bu sözləri apasport.az saytına açıqlamasında Kənan Kərimov deyib.
"Karvan"ın baş məşqçisi Azərbaycan millisinin Slovakiya ilə matçını dəyərləndirib: "Estoniya ilə oyunda bir neçə real qol epizodu var idi ki, onlardan yararlanmaq lazımıydı. Xüsusilə də ilk yarıda. Slovakiya isə daha ciddi və təhlükəli rəqibdir. Onlara qarşı oyunda belə səhvlərə yol vermək olmaz. Çünki bu tip komandalar elə səhvləri bağışlamırlar. Futbolçularımıza inanmaq, güvənmək lazımdır. Ümid edək ki, bu gün ilk qələbələrini qazanıb bizləri sevindirəcəklər".
Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü bu gün saat 20:00-da start götürəcək.
İsmayıl Xeyrullayev
- Rauf Əliyev: “Valideynlər övladlarının hücumçu olmasını istəmirlər”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millətlər Liqası: Fransa İtaliya səfərindən əliboş qayıdır - YENİLƏNİB
- Sergen Yalçından uğursuz debüt - TÜRKİYƏ BELÇİKAYA MƏĞLUB OLDU - YENİLƏNİB
- Azərbaycan millisi Almaniya ilə bacarmadı