“Milan”ın futbolçusundan rekord
23.10.2024 - 00:26
"Milan"ın futbolçusu Françesko Kamarda klubun tarixinə düşüb.
Apasport.az xəbər verir ki, hücumçu buna Çempionlar Liqasının Liqa mərhələsinin III turunun "Brügge" ilə görüşündə (3:1) nail olub.
75-ci dəqiqəsində meydana daxil olan forvars İtaliya klubunun tarixində turnirdə iştirak edən ən gənc futbolçu adına sahib çıxıb.
O, 16 yaş 226 günlüyündə debüt edərək Çempionlar Liqasında oynayan ən gənc futbolçular siyahısında 7-ci olub.
- Rauf Əliyev: “Valideynlər övladlarının hücumçu olmasını istəmirlər”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millətlər Liqası: Fransa İtaliya səfərindən əliboş qayıdır - YENİLƏNİB
- Sergen Yalçından uğursuz debüt - TÜRKİYƏ BELÇİKAYA MƏĞLUB OLDU - YENİLƏNİB
- Azərbaycan millisi Almaniya ilə bacarmadı
0
0