Millimizin rəqibindən qələbə
26.03.2024 - 00:36
Millətlər Liqası turnirinin C Liqasında Azərbaycan millisinin rəqiblərindən olan İsveç növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, komanda yoldaşlıq oyununda Albaniya yığması ilə qarşılaşıb.
Görüş skandinaviyalıların qələbəsi ilə nəticələnib. “Friend Arena”da keçirilən oyunun taleyini 1 qol həll edib. Qustaf Nilsson qələbə topunun müəllifi olub.
Qeyd edək ki, İsveç komandası martın 21-də yoldaşlıq oyununda Portuqaliya yığmasına 2:5 hesabı ilə uduzub.
- Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb
- “Sabah” – “Barselona” matçının hakimləri bəlli olub
- Millətlər Liqasında 1/4 finalın püşkü atıldı - Nəhənglər üz-üzə!
- “Sabah” – “Barselona” matçına 74 ölkədən olan azarkeşlər bilet alıblar
- Millətlər Liqası: Portuqaliya və Norveçdən əzmkar qələbə – YENİLƏNİB
0
0