"Samsunspor" məğlub oldu, KL-də günün nəticələri - YENİLƏNİB
13.03.2026 - 01:57
"Samsunspor" məğlub oldu, KL-də günün nəticələri - YENİLƏNİB

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, bu gün 8 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi "Samsunspor" evdə "Rayo Valyekano" ilə qarşılaşıb. 4 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub. Görüş İspaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Lex" isə azarkeşləri önündə "Şaxtyor"a 1:3 hesabı ilə məğlub olub.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

12 mart

21:45. "Samsunspor" (Türkiyə) – "Rayo Valyekano" (İspaniya) 1:3

21:45. "Riyeka" (Xorvatiya) – "Strasburq" (Fransa) 1:2

21:45. AZ (Alkmaar, Niderland) – "Sparta" (Çexiya) 2:1

21:45. "Lex" (Polşa) – "Şaxtyor" (Ukrayna) 1:3

00:00. "Kristal Pelas" (İngiltərə) - AEK (Larnaka, Kipr) 0:0

00:00. "Fiorentina" (İtaliya) – "Rakuv" (Polşa) 2:1

00:00. "Siqma" (Çexiya) – "Maynts 05" (Almaniya) 0:0

00:00. "Sele" (Sloveniya) – AEK (Yunanıstan) 0:4