Bu gün dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, A, B, C və D yolunda ümumilikdə səkkiz oyun keçirilib.
Türkiyə millisi Rumıniya ilə qarşılaşıb. Gərgin keçən görüşün taleyini 1 qol həll edib. Ferdi Kadıoğlunun vurduğu qolla "ay-ulduzlular" rəqibini minimal hesabla məğlub etməyi bacarıb - 1:0.
Yarımfinal
A yolu
23:45. İtaliya - Şimali İrlandiya 2:0
23.45. Uels - Bosniya və Herseqovina 1:1(Pen. 2:4)
B yolu
23:45. Ukrayna - İsveç 1:3
24:45. Polşa - Albaniya 2:1
C yolu
21:00. Türkiyə - Rumıniya 1:0
23:45. Slovakiya - Kosovo 3:4
D yolu
23:45. Danimarka - Şimali Makedoniya 4:0
23:45. Çexiya - İrlandiya 2:2 (Pen. 4:3)