“Zirə”ni III mərhələdə bu komandalar gözləyir - YENİLƏNİB
20.07.2026 - 16:22
“Zirə”ni III mərhələdə bu komandalar gözləyir - YENİLƏNİB

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Zirə” növbəti mərhələyə yüksələcəyi təqdirdə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə qarşılaşacaq.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda III təsnifat mərhələsinə vəsiqə qazanmaq üçün əvvəlcə II təsnifat mərhələsində Estoniya təmsilçisi “Payde”ni mübarizədən kənarlaşdırmalıdır.

Qeyd edək ki, “Zirə” – “Payde” cütünün ilk oyunu iyulun 23-də Estoniyada, cavab görüşü isə bir həftə sonra Sumqayıtda keçiriləcək.