
Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov və İdarə Heyətinin üzvü Rövşən Hüseynov müxtəlif yaş qrupları üzrə yığmaların məşqçiləri və hakimlərlə görüşüb.
Apasport.az xəbər verir ki, görüşdə milli komandalarımızın ilin əvvəlindən bu günədək iştirak etdiyi yarışlar, göstərdiyi nəticələr, qarşıdakı turnirlər müzakirə olunub.
Məşqçilər heyətlərinin hesabatları dinlənilib, yarışların sayının artırılması qərara alınıb. Avropa birinciliyində məktəbli boksçularımızın tarixi uğuru və rekordları da xüsusi vurğulanıb. Qeyd olunub ki, uşaq boksunun daha da inkişafı üçün bu ildən kadetlər arasında Azərbaycan kuboku keçiriləcək.
Bundan əlavə, hakimlərimlərimizin beynəlxalq dərəcələrinin artırılması, yarışlarda iştirakı da müzakirə mövzusu olub.
Yekunda lazımı tapşırıq və tövsiyələr verilib, uğurların artırılması üçün lazımı şəraitin yaradılacağı vurğulanıb.
- Boksçularımız Avropa birinciliyində mübarizə aparacaqlar
- Boksçularımız Avropa birinciliyini 13 medalla başa vurub - FOTO
- Erməni boksçunu məğlub edən avropa çempionumuz: “Başa düşürdüm ki, finalda qalib gəlməliyəm”
- Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub - FOTO
- Avropa çempionatı: 4 boksçumuz finalda