Sentyabrın 4-də “World Boxing”in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında ilk dünya çempionatı start götürəcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.
İngiltərənin Liverpul şəhərində 11 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Kişi boksçulardan ibarət komanda mundialda tam heyətlə çıxış edəcək. Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev dünya çempionatında Sübhan Mamedov (50 kiloqram), Nicat Hüseynov (55 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Zaur Qəhrəmanov (65 kiloqram), Sərxan Əliyev (70 kiloqram), Səidcəmşid Cəfərov (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Surət Qarayev (85 kiloqram), Alfonso Dominqes (90 kiloqram) və Məhəmməd Abdullayevə (+90 kiloqram) şans verəcəklər.
Qadınların mübarizəsində isə ölkəmiz 1 boksçu ilə təmsil olunacaq. Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Aynur Mikayılova (57 kiloqram) rinqə çıxacaq.
Bu gün Liverpula yollanan Azərbaycan millisi sentyabrın 15-də Bakıya qayıdacaq.
Qeyd edək ki, dünya çempionatının püşkü sentyabrın 3-də atılacaq. Yarışda 60-dan çox ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir.
- Fyüri rinqə qayıdır: İBRAHİMOVİÇLƏ QARŞILAŞACAQ
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
- Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- "Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq