Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionu olub.
Apasport.az xəbər verir ki, millinin 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula yiyələnib.
Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Edmond Xudoyanla (Rusiya) qarşılaşıb. Mamedov rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.
Bununla da millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialda 3-cü yeri tutublar.
- Fyüri rinqə qayıdır: İBRAHİMOVİÇLƏ QARŞILAŞACAQ
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
- Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- "Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq