
Kişi boksçulardan ibarət Azərbaycan millisi Özbəkistanda təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, komanda baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Daşkənddə hazırlığa qatılacaq.
Oktyabrın 12-dən başlayacaq toplanışda Zəlimxan Süleymanov (55 kq), Maqsud Xasmetov, Məhəmmədəli Qasımzadə (hər ikisi 60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərov (75 kq) iştirak edəcəklər.
Özbəkistanda məşqlər oktyabrın 26-da yekunlaşacaq.
Daşkənd toplanışında Azərbaycan millisi Kuba, Qazaxıstan, Qırğızıstan, Özbəkistan yığmaları, həmçinin Rusiyanın 2 heyəti ilə məşq keçəcək.
Qeyd edək ki, hazırlıq çərçivəsində sınaq döyüşləri də nəzərdə tutulub.
- Avropa çempionatı: Yarımfinala yüksələn boksçularımızın sayı 5-ə çatıb
- Boksçularımız MDB Oyunlarını 24 medalla başa vurublar
- Avropa çempionatı: 3 boksçumuz yarımfinalda - FOTO
- Qadın boksçularımız MDB Oyunlarını 10 medalla başa vurublar - FOTO - YENİLƏNİB
- Azərbaycanın daha bir boksçusu Avropa çempionatının 1/4 finalında