Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatına start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı qələbə qazanıb.
Elcan Musazadə (50 kq) 1/16 finalda Devidas Sisikisi (Litva) məğlub edib. Boksçumuz 5:0 (30:24, 30:26, 30:26, 30:25, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə Vladimir Xvistani (Gürcüstan) ilə üz-üzə gələcək.
Nəsrin Abdullazadə (40 kq) də Avropa çempionatında ilk qarşılaşmasını aktivinə yazıb. Boksçumuz 1/8 finalda Ester Moloşanı (Macarıstan) mübarizədən kənarlaşdırıb – 3:2 (29:28, 29:28, 30:27, 28:29, 28:29). Abdullazadə 1/4 finalda Esila Yıldırımla (Türkiyə) qüvvəsini sınayacaq.
Leyla Mahmudlu (50 kq) isə 1/8 finalda Aleksandra Sinaqraya (İtaliya) qalib gəlib. Təmsilçimiz rəqibini 3:1 (29:27, 29:27, 29:27, 27:29, 28:28) hesabı ilə məğlub edib. O, ikinici görüşünü Adriana Munos Qinesə (İspaniya) qarşı keçirəcək.
Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.
- Fyüri rinqə qayıdır: İBRAHİMOVİÇLƏ QARŞILAŞACAQ
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
- Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- "Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq