Azərbaycanlı boksçu Çempionlar Gecəsində
24.04.2025 - 20:55
Azərbaycan boksçusu Məhəmməd Abdullayev Rusiyanın Ufa şəhərində İBA PRO Çempionlar Gecəsində döyüşəcək.
Apasport.az xəbər verir ki, +92 kq çəkidə rinqə çıxacaq dünya çempionatının mükafatçısı yerli Bekxan İsrailovla görüşəcək.
Görüş 6 raund davam edəcək.
Çempionlar Gecəsindən öncə bu gün çəki və üz-üzə mərasimi keçirilib.
Qeyd edək ki, aprelin 25-də Ufada ümumilikdə 7 döyüş keçiriləcək.
- Azərbaycan boksçuları Avropa çempionatını 4 medalla başa vurublar
- Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
- 2 boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib
- Azərbaycan boksçusu 19 yaşında dünya çempionu olub
- Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb
0
0