Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.
Apasport.az xəbər verir ki, azərbaycanlı boksçuları Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) qızıl medallar qazanıblar.
Bundan başqa, Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), Əflatun İsmiyev (57 kq), Toğrul Quliyev (60 kq), Haxverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) bürünc medallar qazanıblar.
Xatırladaq ki, dünən qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.
Beləliklə, Azərbaycan idmançıları turnirdə 24 medal qazanıblar.
- Fyüri rinqə qayıdır: İBRAHİMOVİÇLƏ QARŞILAŞACAQ
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
- Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- "Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq