
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəlilabad rayon Uşaq Gənclər İdman Məktəbinin boks zalının açılışı olub.
Apasport.az xəbər verir ki, mərasimdən öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər Abidəsi Kompleksini ziyarət edərək önünə əklil və gül dəstəsi qoyub, xatirələrini dərin ehtiramla anıblar.
Bölmənin açılışını bildirən qırmızı lenti Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov kəsib. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə zal fəaliyyətə başlayıb.
Qonaqlar burada yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıb, boks zalında məşğul olan idmançılara uğurlar arzulayıblar.
- 8 boksçumuz 1/4 finalda
- “Heydər Əliyev kuboku-2025”: 6 boksçumuz ilk görüşdə qələbə qazanıb
- “Heydər Əliyev kuboku-2025” turnirinin açılış mərasimi keçirilib - FOTO
- Bakıda “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək
- 20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək