İki boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib
02.10.2025 - 10:33
İki boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib

Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.

50 kq-da Bilalhəbaşi Nəzərov adını 1/4 finala yazdırıb. Boksçumuz Kurt Makintireni (İrlandiya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:24, 30:27). O, növbəti görüşündə Maksim Şlyakovi (Ukrayna) ilə üz-üzə gələcək. Döyüş oktyabrın 4-də olacaq.  

Zidan Hümbətov (55 kq) isə Ahmet Yılmazdan (Türkiyə) güclü olub. Təmsilçimiz rəqibini 5:0 (28:27, 29:26, 29:26, 30:25, 29:26) hesabı ilə məğlub edib. Hümbətov 1/4 finalda Saşa Menkaroni (İtaliya) ilə döyüşəcək. Görüş oktyabrın 5-də keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.