
Azərbaycan millisinin iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirində finala yüksəlib.
Apasport.az xəbər verir ki, Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) yarımfinal döyüşlərini qələbə ilə başa vurublar.
Süleymanov finala gedən yolda Giorgi Kapanadze (Gürcüstan) ilə döyüşüb. Görüş boksçumuzun 4:1 (28*:28, 29:27, 28*:28, 27:29, 28*:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, qızıl medal uğrunda qarşılaşmada Xujanazar Nortojyevlə (Özbəkistan) üz-üzə gələcək.
Qəhrəmanov Demur Kajayadan (Gürcüstan) güclü olub. O, 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib. Təmsilçimiz finalda Torexan Sabirxanla (Qazaxıstan) gücünü yoxlayacaq.
Digər boksçularımızdan Nicat Hüseynov (51 kq) və Nəbi İsgəndərov (67 kq) yarımfinalda məğlub olduqları üçün turniri bürünc medalla başa vurublar. Hüseynov Daniyal Sabitlə (Qazaxıstan) qarşılaşmanın ikinci raundunda zədələndiyindən döyüşü davam etdirə bilməyib. İsgəndərovun Torexan Sabirxanla (Qazaxıstan) görüşündə isə rəqib 3:2 (27:30, 28:29, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb.
- Səidcəmşid Cəfərov yaponiyalı boksçunu məğlub edib
- Azərbaycan boksçusu almaniyalı rəqibinə qalib gəlib
- Boksçularımız “Eurasian Dauria cup”da mübarizə aparacaqlar
- Azərbaycanın daha 2 boksçusu dünya çempionatında 1/8 finala vəsiqə qazanıb
- Boksçularımız Aktauda keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar