Dekabrın 10-da Almaniyanın Keinbaum şəhərində yeniyetmə oğlan və qız boksçular arasında U-17 Avropa çempionatına start veriləcək.
Apasport.az xəbər verir ki, 9 gün davam edəcək yarışa Azərbaycan millisi 20 idmançı ilə qatılacaq.
Baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədov Keinbaumda Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Ayxan Həsənov (50 kq), Əli Abaslı (52 kq), İbrahim Bədəlli (54 kq), Raul Heydərli (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) və Səfdər Məmmədzadəyə (+80 kq) güvənəcək.
Baş məşqçi İlkin Ağayev Avropa çempionatında Aysel Fərəcova (46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Zəhra Məmmədova (52 kq), Cəmilə Muradlı (54 kq), Fidan Bakarova (63 kq) və Səma Abbasovaya (66 kq) şans verəcək.
Beynəlxalq dərəcəli hakim Anar Babanlı isə ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, Avropa çempionatında 29 ölkə iştirakını təsdiqləyib.
- Fyüri rinqə qayıdır: İBRAHİMOVİÇLƏ QARŞILAŞACAQ
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
- Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- "Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq