Aleksandr Vinokurov "Bakı-Xankəndi" beynəlxalq yarışı barədə fikirlərini bildirib.
Apasport.az xəbər verir ki, 52 yaşlı veteran idmançı jurnalistlərə açıqlama verib.
O, turnirlə bağlı fikirlərini bölüşüb:
"İlk iki gün ərzində gördüklərimə əsasən heç bir irad bildirə bilmərəm. Ümumilikdə hər şey çox yaxşı təşkil olunub. Tamaşaçılar daim tras boyu var, tras da genişdir. Düşünürəm ki, bu yarış yüksək kateqoriyaya layiqdir. Buna təşkilatçılar qərar verəcək. Amma bildiyim odur ki, yarışlar yüksək səviyyədə keçirilir. Təhlükəsizlik də təmin olunub. Tras möhtəşəmdir".
"Astana" komandasının rəsmisi qazaxıstanlı Yevgeni Fyodorovun bugünkü, ikinci mərhələdə qalib olması ilə bağlı da danışıb:
"Hər şey gözlədiyimiz kimi alındı. Biz Qazaxıstanda və digər yarışlarda qalib olmuşuq. Burada da iştirak etmək bizim üçün xoşdur. Bu cür yarışlar köhnə ənənələri yaşadır, formanı layiqincə daşımağa çalışırıq. Ümumilikdə hər şey əladır. Bu yarışın yenidən keçirilməsi çox sevindiricidir. Velosportun ölkədə populyarlaşması üçün belə yarışların böyük rolu var".
A. Vinokurov uşaqların bu idman növünə marağını xüsusi qeyd edib
"Bu çox vacibdir. Xüsusilə finişdə dayanan uşaqlar üçün bu çox maraqlıdır. Onlar sabah deyə bilərlər ki, bu idman növü maraqlıdır və onunla məşğul olmaq istəyirlər. Biz də vaxtilə belə başlamışıq".
O, Azərbaycandakı yarışda möhtəşəm enişlər və yoxuşlar olduğunu sözlərinə əlavə edib:
"Möhtəşəm mənzərələr də var. Bir daha təşkilatçılara təşəkkür edirəm. Qonaqpərvərlik yüksək səviyyədədir".
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi