Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
11.11.2026 - 11:59
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Bu gün basketbol və voleybol üzrə bir sıra beynəlxalq qarşılaşmalar keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət basketbol millisi, həmçinin “Neftçi” basketbol və “Xilasedici” voleybol klubları növbəti oyunlarına çıxacaqlar.

İdmansevərlər bu görüşləri televiziya vasitəsilə canlı izləyə biləcəklər.

11 noyabr

Basketbol. FIBA – qadınlar

15:00. Azərbaycan – İsveçrə (İdman TV)

Basketbol. FIBA Avropa Kuboku

20:00. Neftçi – Mikonos (İdman TV)

23:30. Lions de Jeneva – Landau Lions (İdman TV)

Voleybol. CEV Çempionlar Liqası

22:30. Sportinq – Xilasedici (CBC Sport)