Mingəçevir şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığıyla “Üzməyi Öyrənək” layihəsində çalışacaq məşqçilər üçün seminara start verilib.
Apasport.az xəbər verir ki, təlim proqramını uğurla başa vuran məşqçilər “Üzməyi Öyrənək” layihəsi çərçivəsində eyni metodologiya əsasında məktəblilərə üzgüçülük dərsləri keçəcəklər.
Layihənin əsas məqsədi üzgüçülüyü həyati əhəmiyyətli bacarıq və suda təhlükəsizliyin əsas elementi kimi təşviq etməkdir. Proqram uşaqlarda suya uyğunlaşmanı, habelə ilkin təhlükəsizlik vərdişlərinin, əsas üzmə bacarıqlarının və özünəinamın formalaşdırılmasını hədəfləyir. Eyni zamanda, perspektivli idmançıların müəyyənləşdirilməsi layihənin əsas məqsədləri sırasındadır.
Qeyd edək ki, respublikanın müxtəlif bölgələrini təmsil edən 58 məşqçinin iştirakı ilə keçirilən seminarı üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi, isveçrəli mütəxəssis Luka Qabrilo keçirir.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi