Yığmamız İslamiadanı gümüş medalla başa vurub
20.11.2025 - 19:17
Yığmamız İslamiadanı gümüş medalla başa vurub

Azərbaycan qılıncoynadanları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, sablya növü üzrə qadınlardan ibarət millimiz komanda yarışının finalında Özbəkistan seçməsi ilə üz-üzə gəlib.

Həlledici qarşılaşmada rəqibinə 38:39 hesabı ilə məğlub olan yığmamız turniri ikinci pillədə başa vurub.