Ümumdünya Antidopinq Agentliyi (WADA) mövcud vəziyyətlə əlaqədar Rusiya Antidopinq Agentliyinin (RUSADA) fəaliyyətinin auditini təxirə salıb.
Apasport.az saytının məlumatına görə, Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik qurum rəsmilərinin səfərinə mane olub.
Rusiyanın idman naziri Oleq Matıtsin WADA-nın audit qrupunun martın sonunda Rusiyaya yollanacağını açıqlamışdı. Lakin məlum hadisələrə görə, bu səfər baş tutmayacaq. WADA-nın mətbuat xidməti hazırda qarşılaşa biləcəyi hər hansı problemlərin həllinə kömək etmək məqsədilə RUSADA ilə əlaqə saxlamaqda davam edildiyini vurğulayıb.
Qeyd edək ki, RUSADA-nın fəaliyyətinin auditi agentliyin Ümumdünya Antidopinq Məcəlləsinə uyğunluq statusuna qaytarılması istiqamətində atılan addımlardan biridir.
- Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib - FOTO
- Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
- Qış Olimpiya Oyunlarına yekun vurulub
- Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək
- İspaniyalı xizəkçi olimpiadada ilkə imza atdı - 54 ildən sonra