Dünya Kubokunda iştirak edəcək gimnastlarımız müəyyənləşib
16.04.2024 - 15:16
Aprelin 19-21-də Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fərdi proqramda Zöhrə Ağamirova bacarığını göstərməyə çalışacaq.
Bundan əlavə, yarışda Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət milli qrup hərəkətləri proqramı üzrə çıxış edəcək.
Qeyd edək ki, Dünya Kubokunda 42 ölkə idmançılarının mübarizə aparacağı gözlənilir.
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb
- Gimnastlarımız Avropa çempionatında iştirak edib
- Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib
- Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
0
0