Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən Dünya kubokunda 3-cü medalı qazanıb.
Apasport.az xəbər verir ki, gimnastlarımız növbəti dəfə bürüncə sahib çıxıb.
Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız 3 lent və 2 topla daha bir finalda çıxış zamanı 30,200 bal toplayıb. Yığmamız Yaponiya (33,350) və İspaniyadan (33,150) geri qalıb.
Azərbaycan yığmasının lideri Zöhrə Ağamirova lentlə çıxışını başa vurub. O, 30,600 balla 6-cı olub. Bu proqramda qızıl medalı Darya Varfolomeyeva (Almaniya, 33,400) qazanıb. Növbəti yerləri Elvira Krasnobayeva (Bolqarıstan, 33,350) və Taisiya Onofriyçik (Ukrayna, 33,20) tutublar.
Qeyd edək ki, Azərbaycanın qrup komandası çoxnövçülük və 5 halqa ilə çıxışda bürünc əldə edib.
- Gimnastlarımızdan beynəlxalq turnirdə qızıl medal
- Bədii gimnastika üzrə Bakı çempionatı keçiriləcək
- Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
- Təmsilçilərimiz Çexiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
- Batut gimnastikası və tamblinq üzrə Bakı çempionatı keçiriləcək