
"Batut gimnastikası ölkəmizdə çox da populyar deyildi".
Apasport.az xəbər verir ki, bunu batut gimnastikası üzrə Olimpiya Oyunlarına ilk dəfə lisenziya qazanan Selcan Mahsudova deyib.
Selcan Mahsudova bu idman növü üzrə Paris Olimpiya Oyunlarına lisenziya qazandığı üçün sevincli olduğunu vurğulayıb: "Ümid edirəm ki, batut gimnastikası ölkəmizdə daha çox inkişaf edəcək. Yanımda olan hər kəsə təşəkkür edirəm".
İlk dəfə Paris Oyunlarında iştirak edəcək idmançımız ölkəmizi layiqincə təmsil edəcəyini düşünür: "Batut gimnastikası Olimpiya idman növü olduğu üçün hər bir idmançı Olimpiya Oyunlarında iştirak etmək və medal qazanmaq istəyir. Mən də bunun üçün çalışacam. Uzun müddətdir ki, uğurlu çıxış etmək üçün məşqlər edirəm. İnanıram ki, ölkəmizi Parisdə layiqincə təmsil edəcəm".
- Gimnastika üzrə Sumqayıt şəhərinin açıq birinciliyi yekunlaşıb - FOTO
- Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib
- Gimnastlarımız Portuqaliyada ikinci yerə çıxıblar - FOTO
- Bədii gimnastika üzrə qrup hərəkətləri komandası vətənə dönüb - FOTO
- Gimnastlarımız tarixi uğura imza atıblar