Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında sərbəst güləşçilər mübarizəyə qoşulub.
Apasport.az xəbər verir ki, Azərbaycan 3 güləşçisi finala yüksəlmək şansı qazanıb.
48 kq çəki dərəcəsində yarışan Hacıhüseyn Hüseynov türkiyəli Eren Yalçınla qarşılaşıb. Görüş rəqib idmançının 6:0 hesablı qələbəsi ilə başa çatıb. Hacıhüseyn bürünc uğrunda mübarizə aparacaq.
İsa Yusibov (65 kq) yarımfinalda Rati Revazaşvili (Gürcüstan) ilə qüvvəsini sınayıb. 10:4 hesabı ilə qalib gələn təmsilçimiz finala vəsiqə qazanıb.
Muxamad Qantemirov (110 kq) yarımfinalda Uğur İrtegünlə (Türkiyə) üz-üzə gəlib. Gərgin mübarizədə 8:7 üstün olan güləşçimiz adını finala yazdırıb.
Qeyd edək ki, həlledici görüşlər sabah baş tutacaq.
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu
- Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb
- İslam Oyunları: Ruzanna Məmmədova qızıl üçün xalça üzərinə çıxacaq