Daha bir təmsilçimiz finalda
02.07.2025 - 22:54
Daha bir təmsilçimiz finalda

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Bu gün 1 təmsilçimiz xalçaya çıxıb. Günay Qurbanova (59 kq) çətinlik çəkmədən finala yüksəlib.

Bu il reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olan istedadlı güləşçimiz almaniyalı Fransiska Blaumeyserə (10:0), ukraynalı Mariya Miziurkoya (tuş) və belaruslu Marta Hetmanavaya (11:0) vaxtından əvvəl qalib gəlib.

Günay sabah həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşacaq.