
Ammanda keçirilən güləş üzrə Dünya Çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün qadın güləşçilərimiz döşək üzərinə çıxıb.
40 kq çəki dərəcəsində Nəzrin Əhmədli kanadalı İraabir Suç (12:1) və türkiyəli Liva Çelikə (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Nəzrin yarımfinalda ukraynalı Kamila Kuçma ilə qarşılaşacaq.
53 kq çəki dərəcəsində mübarizəyə qoşulan Fatimə Bayramova təsnifat mərhələsində belaruslu Mariya Xruşovaya (AİN) "tuş"la məğlub olub.
61 kq çəki dərəcəsində Günay Qurbanova rusiyalı Zalina Totrovaya (AİN) 9:4 hesabıyla, daha sonra isə iordaniyalı Maya İşakata vaxtından əvvəl (10:0) qalib gələrək yarımfinala yüksəlib. Günay yarımfinalda yaponiyalı Sae Noquçi ilə güləşəcək.
69 kq çəki dərəcəsində mübarizə aparan Zəhra Kərimzadə 1/8 finalda ukraynalı Oleksandra Ribaka uduzdu - 0:10.
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
- İslam Bazarqanov: "Yarımfinalda özümə inanmadığım üçün məğlub oldum"
- Güləşçilərimiz Avropa çempionatında bürünc medal qazanıb
- Güləşçilərimiz Avropa çempionatının yarımfinal mərhələsində məğlub olublar
- Beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayacaq
- Azərbaycanın 30 güləşçisi Gimnaziadada mübarizə aparacaq