Azərbaycanın 2 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, Eldəniz Əzizli reytinq turnirində sonuncu - 3-cü turda braziliyalı Marat Qaripova tam üstünlüklə (9:0) qalib gəlib.
Həsrət Cəfərov isə finalda misirli Mustafa Alameldinə 5:2 hesabıyla qalib gəlib.
Hər iki güləşçimiz uğurlu nəticə ilə reytinq turnirində çempion olub.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb.
- Azərbaycan güləşçisi Ülviyyə Musayeva Avropa çempionatında finala yüksəlib
- Samokovda növbəti Avropa çempionatı başlayır
- Avropa çempionları: “Vətəndə çempion olmaq üçün əlimizdən gələni edəcəyik”
- Azərbaycanın iki sərbəst güləşçisi Rusiyadakı turnirdə bürünc medal qazanıb
- Millimiz Avropa ikincisi oldu