İslam Oyunları: Ruzanna Məmmədova qızıl üçün xalça üzərinə çıxacaq
20.11.2025 - 14:01
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında güləş üzrə daha bir təmsilçimiz finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 62 kq çəkidə yarışan Ruzanna Məmmədova yarımfinalda özbəkistanlı Nigina Sabirova ilə münasibətlərə aydınlıq gətirib.
Güləşçimiz 6:0 hesabıyla qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, sərbəst güləş üzrə 57 kq çəkidə yarışan İslam Bazarqanov da yarımfinalda əfqanıstanlı rəqibi Sayed Zazaini 11:0 məğlub edərək final mərhələsinə vəsiqə qazanıb.
- Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 8 medal
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
0
0