"Mənim üçün Olimpiadaya gedən yol çox çətin və uzun oldu".
Apasport.az xəbər verir ki, bunu qadın güləşi üzrə Azərbaycan yığmasının lideri Mariya Stadnik Dünya Güləş Birliyinə (UWW) müsahibəsində deyib.
Paris-2024 Yay Olimpiya Oyunları təcrübəli idmançının 5-ci olimpiadası olacaq. O, Fransa paytaxtında tarix yaza biləcəyinə ümid etdiyini bildirib: "Mən İstanbulda keçirilən Avropa Təsnifat Turnirində lisenziya qazandım. Buna baxmayaraq, Olimpiya Oyunlarında iştirak edəcəyimə inanırdım. Ümid edirəm ki, Parisdə yeni tarix yazmağa davam edəcəyəm".
Qeyd edək ki, Mariya London-2012 və Rio-2016 Olimpiadalarında gümüş, Pekin-2008 və Tokio-2020 Oyunlarında isə bürünc medal qazanıb.
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib