Mixail Malkin Dünya kubokunun qalibi olub
07.07.2024 - 21:30
Tamblinq üzrə ikiqat dünya çempionu Mixal Malkin Portuqaliyanın Koimbre şəhərində keçirilən Dünya kubokunda qalibi olub.
Apasport.az xəbər verir ki, o, final mərhələsində 31,100 xal yığaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Malkin yerli idmançı Vasko Peso (30,500 xal) və amerikalı Kaden Braunu (29,800 xal) qabaqlayıb. Azərbaycanın daha bir gimnastı Tofiq Əliyev isə 29,700 xalla yarışı 4-cü pillədə bitirib.
Dünya kuboku ilə yanaşı, Koimbredə "Coimbra Gym Fest" turniridə keçirilir. Gənclərin çıxışında azərbaycanlı tamblinqçi Aleksey Karataşev qızıl medal qazanıb.
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
0
0