Paris Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında çıxış edən türkiyəli güləşçi Taha Akgül yarımfinala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, əvvəlcə "Champ de Mars Arena"da keçirilən 1/8 final mərhələsi görüşündə 125 kq çəki dərəcəsində mübarizə aparan Puerto Riko təmsilçisi Conovan Darius Smitlə Taha Akgül qarşılaşıb.
Rəqibini 10:0 hesablı məğlubiyyətə uğradan türkiyəli pəhləvan 1/4 final mərhələsində macar Daniel Ligetiyə rəqib olub. Bu dəfə isə 8:0 hesablı qələbəyə sevinən Taha Akgül adını yarımfinala yazdırıb.
Qeyd edək ki, türkiyəli idmançı yarımfinalda iranlı Amir Hosseyin Zare ilə qarşılaşacaq.
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib