"Mariya Stadnikə təşəkkür edirəm".
Bunu apasport.az-a açıqlamasında güləş üzrə qadınlardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Toğrul Əsgərov deyib.
Əsgərov Mariya Stadnik barəsində bunları söyləyib:
"Azərbaycan idmanına qazandırdığı medallar üçün çox sağ olsun. Bayrağımızı dəfələrlə yüksəklərə qaldırıb. Bu anların sayı-hesabı yoxdur. Himnimizin dəfələrlə beynəlxalq arenalarda səsləndirilməsinə səbəb olub. Bütün bu xatirələrə görə, ona təşəkkür edirəm. İnşallah, yeniyetmə, gənc qızlarımız da onun yolundan davam edər və onun kimi güclü, potensiallı idmançılar olarlar" .
Qeyd edək ki, Azərbaycan idmanının 5 qat Olimpiada iştirakçısı, 4 qat Olimpiya medalçısı, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi olan Mariya Stadnik idmançı kimi fəaliyyətini başa vurub.
Nərmin Vüqarqızı
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib