Millimiz Böyük Britaniyaya məğlub olub
26.11.2025 - 19:58
Millimiz Böyük Britaniyaya məğlub olub

Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən "IHF Trophy" beynəlxalq turnirində ilk oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Böyük Britaniya seçməsi ilə üz-üzə gəlib.

Millimiz rəqibinə 27:32 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-17 noyabrın 30-dək təşkil olunacaq yarışda Kosovo, Belçika və Bolqarıstan komandalarına qarşı mübarizə aparacaq.