Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı
24.05.2025 - 20:17
Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turniri keçirilir.
Apasport.az xəbər verir ki, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə komandamız bu gün 2 medal qazanıb.
Tatyana Smilovenko 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülüb.
Kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə ikinci yer tutub.
- Avarçəkənlərimiz beynəlxalq turnirdə 6 idmançı ilə mübarizə aparacaq
- Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
- Avarçəkənimiz Avropa çempionatında çıxış edəcək
- Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
0
0