Avarçəkənlərimiz “Paolo d’Aloja” turnirində iki medal qazanıb
26.04.2026 - 18:16
Akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamız “Paolo d’Aloja” xatirə turnirində uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz İtaliyada təşkil olunan reqatada iki medal qazanıb.
Nurlan Paşayev - Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb.
Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.
- Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
- “Mingəçevir reqatası-2026”: Azərbaycan 22 medalla ikinci oldu
- “Mingəçevir Reqatası-2026” öncəsi hakimlərin iclası keçirilib
- “Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib
- Avarçəkənlərimiz beynəlxalq turnirdə 6 idmançı ilə mübarizə aparacaq
0
0