Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb. Avarçəkənlər turnirin birinci günündə akademik, kayak və kanoe növlərində 16 dəst medal uğrunda mübarizə aparıblar.
Apasport.az xəbər verir ki, qaliblər diplom və medallarlar mükafatlandırılmaqla yanaşı, fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək MDB Oyunlarında mübarizə aparacaqlar.
Xatırladaq ki, MDB Oyunlarında avarçəkmə yarışları “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyır.
- Azər İlyasov Açıq Litva çempionatında mübarizə aparacaq
- Azərbaycan avarçəkənləri Litvada keçiriləcək beynəlxalq reqatada iştirak edəcəklər
- Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək
- Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyada ikinci qızıl medalını qazanıb
- Təmsilçimiz Avropa çempionatında qızıl medal qazanıb