Avropa Kanoe Assosiasiyası “ECA” “Prezident Kuboku-2025” beynəlxalq reqatasını rəsmi təqvim planına daxil edib.
Apasport.az xəbər verir ki, assosiasiyanın rəsmi internet səhifəsində reqata haqqında geniş məqalə dərc olunub.
Yazıda iştirakçı komandaların Bakıya gəlişi, açılış mərasimi, yarış və bağlanış günləri haqqında məlumat verilib.
Təsdiqlənmiş təqvimə əsasən iştirakçı komandalar 2025-ci il 28 aprel tarixində Bakıya gələcək. Bir gün sonra Mingəçevirdə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Aprelin 30-u Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata 1-2 may tarixlərində Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək. Mayın 2-də yarışların final görüşləri keçiriləcək.
Xatırladaq ki, “Prezident Kuboku-2023” və “Prezident Kuboku-2024” beynəlxalq reqataları da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.
- Azər İlyasov Açıq Litva çempionatında mübarizə aparacaq
- Azərbaycan avarçəkənləri Litvada keçiriləcək beynəlxalq reqatada iştirak edəcəklər
- Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək
- Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyada ikinci qızıl medalını qazanıb
- Təmsilçimiz Avropa çempionatında qızıl medal qazanıb