Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə "Bahar Kuboku" beynəlxalq reqatası başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan komandası yarışda uğurlu çıxışla yadda qalıb.
Bir nəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli iki kateqoriyada gümüş medala sahib olub. O, həm 1000, həm də 500 metr məsafəyə yürüşdə ikinci yeri tutub.
Bir nəfərlik kanoedə 500 metr məsafəyə yürüşdə daha bir medala 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Fəxri Məmmədli yiyələnib. O, bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan Su İdman Növləri Federasiyasının idmançıları "Bahar Kuboku"nu 2 gümüş, 1 bürünc medalla başa vurublar.
- Avarçəkənlərimiz beynəlxalq turnirdə 6 idmançı ilə mübarizə aparacaq
- Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
- Avarçəkənimiz Avropa çempionatında çıxış edəcək
- Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib