Azərbaycan "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub
01.05.2026 - 17:33
Azərbaycan komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub.
Apasport.az xəbər verir ki, yarışın Mingəçevirdə keçirilən son günündə yığma daha 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) qazanıb.
Sonuncu finaldan sonra yarışa yekun vurulub.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edib.
- Avarçəkənlərimiz beynəlxalq turnirdə 6 idmançı ilə mübarizə aparacaq
- Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
- Avarçəkənimiz Avropa çempionatında çıxış edəcək
- Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
0
0