Karateçilərimiz beynəlxalq turniri 23 medalla başa vurub
16.11.2026 - 15:55
Karateçilərimiz beynəlxalq turniri 23 medalla başa vurub

Azərbaycan karateçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi Open-2026” beynəlxalq turnirində 23 medal qazanıblar.

Apasport.az xəbər verir ki, noyabrın 14-15-də təşkil olunan WKF karate yarışı 7 ölkədən 600 idmançının iştirakı ilə baş tutub.

Təmsilçilərimiz turniri 9 qızıl, 2 gümüş və 12 bürünc medalla başa vurublar.

Qeyd edək ki, Azərbaycan komandası yarışda məşqçilər Bəşir Mahmudov və İbrahim Heydərovun, hakimlər Mehman Əlirzayev və Murad Hacızadənin müşayiəti ilə təmsil olunub.