A Seriyası: “Milan”dan əzmkar qələbə
09.12.2025 - 01:43
A Seriyası: “Milan”dan əzmkar qələbə

İtaliya A Seriyasında XIV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, günün ilk matçında autsayder “Piza” öz meydanında “Parma”nı sınağa çəkib.

Gərgin keçən qarşılaşmanın taleyini cəmi bir qol həll edib. Oyun qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb.

Gecənin son oyununda isə “Milan” səfərdə “Torino”nun qonağı olub. İlk hissə ev sahiblərinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Lakin “rossonyerilər” ikinci hissədə hücumlarını artıraraq ardıcıl 2 qol vurublar və matçı 3:2 hesabı ilə qazanıblar.

Bu nəticədən sonra “Milan” turnir cədvəlinin lideridir. Eyni – 31 xala malik “Napoli” ikinci pillədə, 30 xalı olan “İnter” isə üçüncü sıradadır.