Arda vurdu, “Real” qələbə qazandı
24.04.2025 - 01:33
Arda vurdu, “Real” qələbə qazandı

İspaniya La Liqasında XXXIII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Real Madrid" səfərdə "Xetafe" ilə üz-üzə gəlib.

Gərgin keçən matçın taleyini 1 qol həll edib. Türkiyə millisinin üzvü Arda Gülerin 21-ci dəqiqədə vurduğu qol "kral klubu"na qələbə qazandırıb - 1:0.

Turun digər matçında "Real Sosyedad" səfərdə "Alaves"ə 0:1 hesabı ilə məğlub olub.

İspaniya La Liqası
XXXIII tur

23:30. "Xetafe" - "Real Madrid" - 0:1
23:30. "Alaves" - "Real Sosyedad" - 1:0