“Barselona”dan mükəmməl geridönüş
19.04.2025 - 21:34
“Barselona”dan mükəmməl geridönüş

İspaniya La Liqasında XXXII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Rayo Valyekano” öz meydanında “Valensiya” ilə qarşılaşıb.

Gərgin keçən matçda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun digər oyununda lider “Barselona” evdə “Selta” ilə qarşılaşıb. 7 qolun vurulduğu matçda sevinən tərəf kataloniyalılar olub - 4:3.

İspaniya La Liqası
XXXII tur

16:00. “Rayo Valyekano” - “Valensiya” - 1:1
18:15. “Barselona” - “Selta” - 4:3