Bundesliqa: “Leypsiq” məğlub oldu
13.12.2025 - 01:30
Bundesliqa: “Leypsiq” məğlub oldu

Almaniya Bundesliqasında XIV tura start verilib.

Apasport.az xəbər verir ki, ilk gün bir qarşılaşma baş tutub.

"Leypsiq" səfərdə "Yunion"la üz-üzə gəlib.

Azarkeşlər bu görüşdə 4 qola şahidlik ediblər. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Yunion” bu nəticə ilə xallarının sayını 18-ə çatdırıb və 8-ci pilləyə yüksəlib. “Leypsiq” isə 29 xalla ikinci sırada qərarlaşıb.